“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qalibiyyət

13/03/2026, 09:51
xeber1

Göyçay şəhər Rəsul Rza adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi şagirdləri Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində yüksək nəticələr əldə edərək məktəbimizin növbəti uğuruna imza atıblar. 


XI sinif şagirdləri Əhmədov Fərəc və İsmayıllı Emil fizika fənni üzrə yarımfinal mərhələsində uğur qazanaraq olimpiadanın final mərhələsində iştirak etmək hüququ əldə ediblər. Bu nailiyyət onların əzmkarlığının, bilik və zəhmətlərinin bariz nümunəsidir. 


Şagirdlərimizin bu uğurunda böyük zəhməti olan fizika müəllimi Xalidə müəllimə,həmçinin daim dəstək göstərən valideynlərə səmimi təşəkkürümüzü bildiririk. Müəllimlərin zəhməti, şagirdlərin çalışqanlığı və valideynlərin dəstəyi bu uğurun əsas dayağıdır.


İnanırıq ki, şagirdlərimiz final mərhələsində də rayonumuzu layiqincə təmsil edərək yeni uğurlara imza atacaqlar. Onlara final mərhələsində uğurlar arzulayırıq! 


Final sevincini yaşamaq ümidilə.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: