Xəbərlər
Qalibiyyətin 5 ili-Şəhidlərimizin ruhuna ehtiramla

Suraxanı rayonunda hərbi rəhbərlər, şəhid ailələri və veteranların iştirakı ilə 285 nömrəli tam orta məktəbdə görüş keçirilib.
Tədbirdən əvvəl iştirakçılar Suraxanı rayonunun şəhidlərini ziyarət edərək onların xatirəsinə gül dəstələri qoyublar. Həmçinin 84 nömrəli məktəbdə şəhidlərin adına yaradılmış xatirə guşələri və sinif otaqları ilə tanış olublar.
Qalibiyyətimizin 5 illiyinə həsr olunmuş tədbir çərçivəsində 285 nömrəli məktəbin şagirdləri rəsm müsabiqəsində iştirak edib və fəxri fərmanlarla təltif olunublar.
285 nömrəli məktəbin direktoru Nuranə Yəhyayeva və Suraxanı Rayon Həmkarlar İttifaqı Komitəsinin sədri Fərhad Həsənov çıxış edərək hərbi rəhbərləri təbrik ediblər. Tədbirdə iştirak edən hərbi rəhbərlər isə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.




















