Xəbərlər
Qanl Yanvar
21/01/2026, 16:28

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndələri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
20 Yanvar şəhidlərinin göstərdiyi qəhrəmanlıq və xalqımızın azadlıq iradəsi tariximizin şanlı və unudulmaz səhifəsidir. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.







