Xəbərlər
Qanlı Yanvar faciəsinin 36-cı ildönümü Kəlbəcər rayonunda qeyd edilib.
20/01/2026, 19:14

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda həlak olan Kəlbəcər şəhidlərin xatirəsinə ucaldılmış Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət olunmuşdur.
Ziyarətdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, komitənin əməkdaşları, Kəlbəcər Rayon Təhsil sektorunun nümayəndələri, Kəlbəcər rayon təhsil müəssisələrinin işçiləri və rəhbərləri, ilk təşkilat sədrləri iştirak ediblər. Tədbir çərçivəsində şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, abidə önünə gül dəstələri qoyulub.





