“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qapıçıməhəllə kənd məktəbində 65 illik yubiley mərasimi keçirilib

30/08/2026, 19:25
xeber1

Astara rayonu Əzizağa Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta ümumtəhsil məktəbinin texniki işçisi Orucova Minadə Duman qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Minadə xanımın uzun illər ərzində göstərdiyi nümunəvi əmək fəaliyyəti, işinə məsuliyyətli və vicdanlı yanaşması, kollektivdə qazandığı hörmət və nüfuzu qeyd olunub. Yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulanıb.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Minadə xanıma xatirə hədiyyəsi təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: