“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaraarx qəsəbə ümumi orta məktəbinin kollektivi üçün gəzinti turu təşkil olunub.

30/06/2026, 14:21
xeber1

​Samux rayon Qaraarx qəsəbə ümumi orta məktəbinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə məktəbin ittifaq üzvləri üçün gəzinti-istirahət turu təşkil edilmişdir.

​Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili və motivasiyasının yüksəldilməsi məqsədilə baş tutan bu səyahət kollektivə unudulmaz anlar bəxş edib. Gəzinti zamanı müəllimlər həm təbiətin qoynunda gərgin iş rejiminin yorğunluğunu atmış, həm də səmimi ünsiyyət mühitində birlik və bərabərlik hisslərini gücləndirmişlər.

​Həmkarlar İttifaqının üzvləri göstərilən diqqətə və təşkilatçılığa görə minnətdarlıqlarını bildirib, bu cür tədbirlərin kollektivdaxili münasibətlərə çox müsbət təsir etdiyini vurğulayıblar

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: