“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qarabağ Atçılıq Kompleksinə ekskursiya təşkil olunub

23/06/2026, 11:48
xeber1

Ağcabədi Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və ETİHİ Ağcabədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə şahmat yarışlarında, eləcə də il ərzində həmkarlar təşkilatı tərəfindən keçirilən tədbirlərdə fəallıq göstərən müəllimlər və şahmatçı yeniyetmələr üçün Ağcabədi rayonu ərazisində yerləşən Qarabağ Atçılıq Kompleksinə ekskursiya təşkil edilib.

Ekskursiyanın məqsədi həmkarlar ittifaqı üzvlərinin və gənc şahmatçıların Azərbaycanın milli sərvəti hesab olunan Qarabağ atları ilə yaxından tanış olmalarını təmin etmək, onlarda milli-mənəvi dəyərlərimizə və tarixi irsimizə marağı daha da artırmaq olub.

İştirakçılara bildirilib ki, Qarabağ bölgəsi dünyada öz füsunkar təbiəti, zəngin musiqi mədəniyyəti, qədim tarixi abidələri və nəfis xalçaları ilə yanaşı, nadir və məşhur Qarabağ atları ilə də tanınır. Azərbaycanın milli sərvəti sayılan Qarabağ atları dünyanın ən qədim və qiymətli at cinslərindən biridir.

Ekskursiya zamanı kompleksin bələdçisi iştirakçılara Qarabağ atlarının tarixi, xüsusiyyətləri, yetişdirilməsi və qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Tədbir iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: