“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

QARABAĞ MÜHARİBƏSİNİN İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ

11/11/2026, 17:52
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsində təhsil müəssisələrində çalışan Qarabağ müharibəsi iştirakçıları ilə il boyu həyata keçirilən görüşlər çərçivəsində Vidadi Məlikov adına Minəxorlu kənd tam orta ümumtəhsil məktəbinin gənclərin çağırışaqədərki hazırlığı müəllimi, Qarabağ müharibəsi iştirakçısı Əkbərov Vüsal Fariz oğlu ilə görüş keçirilib.

Vüsal Əkbərov Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və döyüşlər zamanı ağır yaralanıb.

Döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncam və əmrləri ilə müxtəlif orden və medallarla təltif olunub.

Vüsal Əkbərova ,göstərdiyi şücaətə görə təşəkkürümüzü bildirir və fəaliyyətində uğurlar arzulayırıq!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: