Xəbərlər
Qarabağ Regional Təhsil İdarəsində növbədənkənar seçki keçirildi.

Qarabağ Regional Təhsil İdarəsinin həmkarlar ittifaqı təşkilatında növbədənkənar seçki keçirildi.İclasda ilk olaraq kollektiv ilə tanışlıq aparılmış, daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti, məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Tədbir iştirakçılarına Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən ittifaq üzvləri üçün görülmüş işlər, yaradılmış imkanlar və həyata keçirilən tədbirlər barədə geniş məlumat təqdim olunmuşdur.
Seçki prosesi demokratik prinsiplər əsasında, müəssisələrdə çalışan ittifaq üzvləri arasından könüllü şəkildə irəli sürülən namizədlərin iştirakı ilə keçirilmiş və səsvermə nəticəsində səs çoxluğu qazanan namizəd yeni sədr seçilmişdir.
Kərimli Ramal Teymur oğlu öz ərizəsinə əsasən iş yerini dəyişdiyi üçün Qarabağ Regional Təhsil İdarəsinin İlk Həmkarlar Təşkilatının sədr vəzifəsindən azad olunaraq yenidən səs vermə nəticəsinə əsasən Mustafayeva Aytac Natiq qızı təşkilatın sədri vəzifəsinə seçilib.
Yeni seçilmiş ilk həmkarlar ittifaqı sədrini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!




