“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qarabağ səfəri təşkil olundu

04/05/2026, 12:34
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə 2–3 may tarixlərində müəssisə rəhbərlərinin iştirakı ilə Qarabağa asudə vaxtın səmərəli təşkili məqsədilə səfər həyata keçirilmişdir.


Səfər çərçivəsində iştirakçılar Şuşa, Laçın, Füzuli, Qubadlı və Ağdam rayonlarında olmuş, bu bölgələrin həm təbii gözəlliklərini, həm də bərpa və quruculuq işlərini yaxından izləmək imkanı əldə etmişlər.


Ziyarət zamanı qrup üzvləri Şuşa qalası, Cümə məscidi, İsa bulağı, Xan qızı Natəvanın abidəsi, eləcə də Ağdam Cümə məscidi kimi tarixi-mədəni məkanlarda olmuş, Füzuli şəhərində aparılan yenidənqurma işlərini yerində müşahidə etmişlər. Eyni zamanda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir.


Səfər müddətində iştirakçılar Xankəndi şəhərində yerləşən “Çinar” otelində qonaq olmuş, bölgədə səmərəli və yaddaqalan istirahət imkanı əldə etmişlər.


Bu kimi səfərlər həmkar üzvlərinin asudə vaxtının daha dolğun təşkili ilə yanaşı, kollektiv daxilində ünsiyyətin və həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: