Xəbərlər
Qarabağ Universitetində bədii yaradıcılıq müsabiqə-festivalının növbəti seçim turu keçirilib

Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalı çərçivəsində Qarabağ Universitetində II seçim turu keçirilib.
Seçim turunda iştirak edən 37 tələbə vokal (klassik, müasir bəstəkar mahnıları), bədii qiraət, rəqs və digər yaradıcı istiqamətlər üzrə bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, seçim mərhələlərinin nəticələrinə əsasən, fərqlənən iştirakçılar Heydər Əliyev Sarayında keçiriləcək yekun mərhələdə çıxış etmək hüququ qazanacaq, qaliblər müvafiq mükafatlarla təltif olunacaqlar.











