Xəbərlər
Qarabağ Zəfərinin 5-ci ili çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən Bakı Mühəndislik Universitetinin tələbələri üçün Qusar Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.

113 nəfərin iştirakı ilə baş tutan düşərgədə 3 gün ərzində gənclər proqram çərçivəsində “#Canavarlar”, “#Aslanlar”,“#Mübarizlər”, “#İgidlər”, “Əqrəblər” və “#Qartallar” komandalarına bölünərək müxtəlif təlimlərə, idman yarışlarına, qrup çalışmalarına cəlb olunublar.
Düşərgədə Bakı Mühəndislik Universitetinin rəhbər və müəllimlərdən ibarət 3 nəfər, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Hüseynov, və müəllim əməkdaşları Arzu Səfərova , İlknur Tanrıverdi iştirak edib.
Düşərgədə Qarabağ döyüşçülərinin ocaq ətrafında gənclərlə görüşü, “Məclisi-Üns” bədii proqramı, həmçinin “Kahoot” intellektual oyunu da təşkil olunub.







