“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qarabağa aparan yol bu dəfə müəllimlərin ürəyindən keçdi

30/05/2026, 22:50
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayonu Çayarxı kənd ümumi orta ümumtəhsil məktəbi kollektivinin Qarabağ bölgəsinə səfəri təşkil olunub. Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən tur həm mənəvi, həm də tarixi baxımdan yadda qalan anlarla müşayiət olunub.


Qarabağın azad torpaqlarında atılan hər addım, yenidən qurulan şəhər və kəndlər, dalğalanan üçrəngli bayrağımız iştirakçılarda xüsusi duyğular oyadıb. Müəllimlər bir vaxtlar həsrətlə xatırlanan məkanları bu gün inkişaf və quruculuq ünvanı kimi görməyin qürurunu yaşayıblar.


Səfər iştirakçıları bildiriblər ki, Qarabağı görmək yalnız bir tur deyil, həm də zəfərin ruhunu hiss etmək, tarixə canlı şahidlik etməkdir. Kollektiv üçün təşkil olunan bu səfər həm birlik, həm motivasiya, həm də vətənə bağlılığın daha da güclənməsi ilə yadda qalıb.


Qarabağ artıq yalnız xatirələrdə deyil, qürurla addımladığımız doğma torpaqlardadır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: