“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qarabağa birgünlük ekskursiya təşkil olunub.

12/06/2026, 12:54
xeber1

Bərdə rayonu Mirələkbər Seyidov adına Mehdixanlı kənd tam orta ümumtəhsil məktəbinin müəllim və işçiləri üçün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Qarabağ bölgəsinə birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün genişləndirilməsi, eləcə də Qarabağın tarixi, mədəni irsi və müasir inkişafı ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.

Səfər zamanı iştirakçılar Qarabağın müxtəlif görməli məkanlarını ziyarət edib, bölgədə həyata keçirilən bərpa və quruculuq işləri ilə tanış olublar. Ekskursiya çərçivəsində onlar Şuşa şəhərində yerləşən Cıdır düzünü də ziyarət ediblər. Qarabağın ecazkar təbiəti və gözəl mənzərələri fonunda iştirakçılar xoş anlar yaşayıb, musiqi sədaları altında rəqs edərək səfərin sevincini bölüşüblər.

Ekskursiya iştirakçıları səfərin yüksək səviyyədə təşkil olunduğunu bildirərək, bu cür tədbirlərin kollektiv üzvlərinin həm istirahətinə, həm də vətənimizin tarixi və mədəni dəyərlərini daha yaxından tanımalarına mühüm töhfə verdiyini qeyd ediblər.

Sonda iştirakçılar göstərilən diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: