“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qarabağa ekskursiya təşkil olundu.

24/05/2026, 00:05
xeber1

Bərdə şəhər Fəxrəddin Muradov adına 7 nömrəli tam orta məktəbin təhsil işçiləri üçün Qarabağ zonasına 1 günlük ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi təhsil işçilərin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, həmçinin Qarabağın tarixi və mədəni irsi ilə yaxından tanış olmaları olub. Səfər iştirakçıları bölgənin bir sıra görməli məkanlarını ziyarət edərək, burada aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri ilə tanış olublar.

Ekskursiya zamanı iştirakçılar arasında xoş ünsiyyət və yüksək əhvali-ruhiyyə hökm sürüb. Təhsil işçiləri onlar üçün yaradılan bu şəraitə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, müəllimlərin sosial rifahının yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində bu cür tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: