“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qarabağa səfər edən müəllimlər tarixi zəfərin izləri ilə tanış oldular

29/06/2026, 22:00
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayonu Fuad Məmmədov adına Xəlitli kənd ümumi orta məktəbinin müəllim kollektivi asudə vaxtlarını səmərəli keçirmək məqsədilə respublikamızın dilbər guşəsi olan Qarabağ bölgəsinə səfər edib.


Səfər iştirakçıları Qarabağın bənzərsiz təbiəti, sürətlə yenidən qurulan yaşayış məntəqələri, tarixi və mədəni abidələri ilə yaxından tanış olublar. Xüsusilə müəllim kollektivində yer alan tarix müəllimləri uzun illər dərslərində bəhs etdikləri torpaqları öz gözləri ilə görmək imkanı qazandıqlarını, azad Qarabağın bugünkü inkişafının canlı şahidinə çevrilmələrinin onlar üçün qürurverici və unudulmaz bir hiss olduğunu bildiriblər.


Müəllimlər səfərin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə ETİHİ Göyçay Rayon Komitəsinə səmimi minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, bu cür səfərlər pedaqoqların həm mənəvi istirahətinə, həm də vətənpərvərlik ruhunun daha da güclənməsinə mühüm töhfə verir.


Qarabağın füsunkar mənzərələri, aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də tarixi məkanlarla tanışlıq səfər iştirakçılarında dərin təəssürat yaradıb və onlar bu anların uzun müddət yaddaşlarında qalacağını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: