“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qarabağa səfər müəllimlərdə qürur hissi yaradıb

30/05/2026, 22:42
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayon Bığır kəndi Nəsir İsmayılov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi müəllim kollektivi asudə vaxtlarının səmərəli təşkili məqsədilə Qarabağ bölgəsinə səfər edib.


“Şəhərsalma və Memarlıq İli” və 28 May – Müstəqillik Günü münasibətilə təşkil olunan səfər çərçivəsində müəllimlər işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri ilə yaxından tanış olublar. Qarabağın yenilənən siması, müasir infrastrukturu və tarixi məkanları iştirakçılarda böyük qürur və fəxarət hissi yaradıb.


Kollektiv arasında yer alan İkinci Qarabağ müharibəsi veteranı Umudlu Xəqani Şahnəzər oğlu keçdiyi döyüş yolundan və zəfərlə nəticələnən savaş günlərindən bəhs edib. Onun xatirələri səfər iştirakçıları tərəfindən böyük maraq və ehtiramla qarşılanıb.


Müəllimlər belə səfərlərin vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və tariximizin daha yaxından öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: