Xəbərlər
Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsi şəhidi Ülvi Hacıyevin şəhadətindən 5 il keçir.
22/12/2025, 12:16

Anım mərasimində şəhidin ailə üzvləri ilə yanaşı UNEC Tələbə Həmkarlar İttifaqı
Komitəsinin sədri İlkan Əliyev, UNEC Biznes Məktəbinin əməkdaşları,THİK fəal üzvləri
iştirak ediblər.
Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla
yad edilib.
UNEC kollektivi Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş bütün
qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.






