“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaradağ rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

05/11/2026, 15:20
xeber1

Qaradağ Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Qaradağ rayonunda tədbir keçirilib.


Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Natiq Əliyev, təhsil işçiləri və müharibə veteranları iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Natiq Əliyev Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, xalqımızın birliyindən və şəhidlərimizin qəhrəmanlığından bəhs edib.


Daha sonra çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin sədri Salman Salmanov 8 Noyabr – Zəfər Gününün xalqımızın milli qürurunun və birliyinin təcəssümü olduğunu vurğulayıb. O, Vətən müharibəsində qazanılan tarixi Qələbədə təhsil işçilərinin, xüsusilə müəllimlərin roluna toxunaraq, vətənpərvər, milli ruhlu gənc nəslin yetişdirilməsində müəllim əməyinin əvəzsiz olduğunu qeyd edib. Həmçinin şəhidlərimizin qəhrəmanlığının və qazilərimizin fədakarlığının gələcək nəsillər üçün daim örnək olacağını bildirib.


Rəsmi çıxışlardan sonra tədbir bədii-əyləncəli proqramla davam edib. İştirakçılara təqdim olunan musiqi nömrələri, rəqs qrupunun çıxışları və “Sarı gəlin” rəqs kompozisiyası tədbirə xüsusi rəng qatıb.


Proqram çərçivəsində təşkil olunan interaktiv oyunlar, əyləncəli müsabiqələr və müxtəlif maraqlı fəaliyyətlər iştirakçılara xoş anlar yaşadıb. Musiqi, rəqs və səmimi ünsiyyət şəraitində davam edən tədbir iştirakçıların yaddaşında xoş təəssüratlarla qalıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: