“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaradağ təhsil işçilərinin Lənkəran səfəri

09/07/2026, 12:43
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 199 nömrəli tam orta məktəbin kollektivi üçün Lənkərana mədəni-ictimai səfər təşkil olunub.


Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də ölkəmizin zəngin təbiəti və tarixi-mədəni irsi ilə yaxından tanışlıq olub.


Səfər iştirakçıları Lənkəranın görməli məkanlarını ziyarət edərək xoş və yaddaqalan anlar yaşayıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: