“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaradağ təhsil işçilərinin Lerik səfəri

09/07/2026, 12:46
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 197 nömrəli tam orta məktəbin kollektivi üçün Lerik rayonuna ekskursiya təşkil edilib.


Səfər çərçivəsində iştirakçılar rayonun ecazkar təbiəti, dağ mənzərələri və görməli məkanları ilə tanış olub, asudə vaxtlarını səmərəli və maraqlı şəkildə keçiriblər.


Belə mədəni-istirahət səfərləri təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılmasına, kollektiv daxilində mehriban münasibətlərin möhkəmlənməsinə və iş motivasiyasının artırılmasına töhfə verir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: