“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaradağ təhsil işçilərinin İsmayıllı səfəri

03/06/2026, 22:40
xeber1

302 nömrəli məktəbin təhsil işçilərinin İsmayıllı səfəri


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 302 nömrəli tam orta məktəbin əməkdaşları İsmayıllı rayonuna təşkil olunmuş istirahət və ekskursiya səfərində iştirak ediblər.


Səfər çərçivəsində iştirakçılar İsmayıllının təbii gözəlliklərini seyr edib, rayonun turizm məkanları ilə tanış olub və maraqlı vaxt keçiriblər. Ekskursiya kollektiv üzvlərinin birgə asudə vaxtının səmərəli təşkili, qarşılıqlı ünsiyyətin inkişafı və işgüzar münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.


İştirakçılar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: