Xəbərlər
Qaradağda əməyin mühafizəsi günü ilə əlaqədar tədbirlər davam edir.
28/04/2026, 23:08

Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar olaraq, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə maarifləndirici tədbirlər davam edir.
Tədbirlər ETİHİ Qaradağ Rayon Komitəsinin üzv təşkilatları olan Daşqın Bəkirov adına körpələr evi-uşaq bağçası, Vüqar Əsədov adına körpələr evi-uşaq bağçası və 344 nömrəli körpələr evi-uşaq bağçasında keçirilmişdir. “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” mövzusuna həsr olunan tədbirlərin keçirilməsində məqsəd psixososial risklər barədə məlumatlılığın artırılması, sağlam iş mühitinin formalaşdırılması və psixoloji rifahın qorunmasına dəstək göstərilməsi olmuşdur.












