Xəbərlər
Qaradağdan Lənkərana maraqlı səfər
23/06/2026, 15:02

301 saylı körpələr evi–uşaq bağçasının əməkdaşlarının Lənkəran səfəri
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 301 saylı körpələr evi–uşaq bağçasının əməkdaşları Lənkəran rayonuna təşkil olunmuş gəzinti səfərində iştirak ediblər.
Səfər çərçivəsində iştirakçılar Lənkəranın təbii gözəllikləri, tarixi-mədəni məkanları ilə tanış olub, rayonun zəngin turizm potensialını yaxından izləyiblər. Gəzinti iştirakçıların asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin möhkəmləndirilməsi və xoş təəssüratların qazanılması baxımından yadda qalan olub.
Səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.





