“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaraməryəm kənd uşaq bağçasının müəllim kollektivi üçün asudə vaxt səfəri təşkil olundu

13/07/2026, 10:31
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayonu Qaraməryəm kənd körpələr evi–uşaq bağçasının müəllim kollektivi üçün asudə vaxtın səmərəli təşkili məqsədilə İsmayıllı–Qəbələ istiqamətində istirahət səfəri təşkil edilib.


Səfərin məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, onların istirahətinin təmin olunması, kollektiv daxilində həmrəyliyin və qarşılıqlı əməkdaşlıq mühitinin daha da möhkəmləndirilməsi olub.


Səfər çərçivəsində iştirakçılar İsmayıllı və Qəbələnin füsunkar təbiəti, görməli məkanları və istirahət guşələri ilə tanış olub, xoş və yaddaqalan anlar yaşayıblar. Təbiət qoynunda keçirilən vaxt müəllimlərin işgüzar fəaliyyət sonrası mənəvi-psixoloji rahatlığının təmin olunmasına və motivasiyalarının yüksəlməsinə müsbət təsir göstərib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və onların sağlam istirahətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirləri bundan sonra da davam etdirəcəyini bildirib.


Səfər iştirakçıları göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinə təşəkkürlərini ifadə edərək, bu cür təşəbbüslərin müəllimlərin motivasiyasının artırılmasına və kollektiv ruhunun güclənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: