Xəbərlər
Qaraxanlı kənd tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüş keçirildi

ETİHİ Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə Qaraxanlı kənd tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüş keçirildi.
Görüşün məqsədi həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, məktəb həmkarlar təşkilatının funksiyaları,
mədəni-kütləvi tədbirlərin və idman yarışlarının təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumat çatdırıldı.
Görüş zamanı məktəbin həmkarlar təşkilatının sədri Əliyeva Əsli, məktəbin direktoru Sultanova Afət və fəal həmkarlar təşkilatının üzvü Nəsimi Ələkbərov çıxış edərək,məktəbdə təhsil prosesinin səmərəli təşkili, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət, eləcə də idman sahəsində qazanılan nailiyyətlər yüksək qiymətləndirildi.
Vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirən, sertifikasiya imtahanlarında yüksək nəticələr qazanan və idman sahəsində fərqlənən bir qrup müəllimin ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif olunması təklif edildi.
Uğurların davamlı və nailiyyətlərin daha yüksək zirvələrə doğru irəliləməsi arzulandı.








