Xəbərlər
Qax istiqamətində növbəti ekskursiya

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayonu Bığır kəndi Əli Əfəndi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi ölkəmizin füsunkar guşələrindən olan Qax şəhərinə ekskursiya edib.
Səfərin məqsədi müəllimlərin dərs ilinin gərgin və məsuliyyətli fəaliyyətindən sonra asudə vaxtlarının səmərəli təşkili, istirahətlərinin təmin olunması və onların sosial rifahına töhfə vermək olub. Ekskursiya iştirakçıları Qaxın zəngin təbiəti, tarixi-mədəni məkanları və əsrarəngiz mənzərələri ilə yaxından tanış olaraq xoş və yaddaqalan anlar yaşayıblar.
Səfər müəllimlər tərəfindən böyük məmnunluqla qarşılanıb. Kollektiv bu cür sosial layihələrin pedaqoqların motivasiyasının artırılmasına, kollektiv ruhunun möhkəmlənməsinə və mənəvi istirahətinə mühüm töhfə verdiyini vurğulayaraq ETİHİ Göyçay Rayon Komitəsinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
ETİHİ Göyçay Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və onların rifahına xidmət edən təşəbbüslərin həyata keçirilməsini davam etdirəcək.








