“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qax Peşə Liseyində "Zəfər qoxulu yurdum" adlı tədbir keçirilib.

03/11/2025, 02:15
xeber1

04 noyabr 2025-ci il tarixində Qax Peşə Liseyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, ETİHİ Qax Rayon Komitəsi, YAP Qax Rayon Təşkilatı, Qax Rayon Mədəniyyət Mərkəzi, Qax rayonu Gənclərin İnkişaf və Karyera Mərkəzi rəhbərləri, liseyin müəllim və şagird kollektivi iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla dərin ehtiramla yad edilib. Qax Peşə Liseyinin direktoru Səbuhi Bilalov Zəfər Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qələbədən danışıb.

ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva 44 günlük Vətən müharibəsində təhsil işçilərinin fəal iştirakından, onların döyüş meydanında və arxa cəbhədə göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edib. O vurğulayıb ki, yüzlərlə müəllim və təhsil işçisi Vətən uğrunda mübarizədə fədakarlıq göstərərək xalqımızın şanlı Qələbəsinə öz töhfəsini verib. Rübail Əfəndiyeva həmçinin şəhid müəllimlərin əziz xatirəsinin daim ehtiramla anıldığını, onların adlarının təhsil müəssisələrində yaşadıldığını qeyd edib.

Tədbirdə çıxış edən şəhid ailəsi üzvləri, Qazi və müharibə iştirakçıları Vətən müharibəsinin unudulmaz anlarını xatırlayıb, Zəfər Gününün hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyi olduğunu qeyd ediblər. Onlar gənclərə Vətənə sevgi, sadiqlik və fədakarlıq ruhunun aşılanmasının vacibliyini vurğulayıblar.

Tədbir zamanı şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, Vətən müharibəsinə həsr olunmuş videoçarx təqdim olunub.

Daha sonra tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət Zəfər Gününə həsr olunmuş sərgiyə baxıblar. Sərgidə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbəni, qəhrəman əsgər və zabitlərimizin igidliyini əks etdirən rəsmlər, maketlər və bədii kompozisiyalar nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: