“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qax Peşə Liseyinin tələbələri “Tələbələrin Yay Düşərgəsi”ndə

17/09/2026, 15:45
xeber1

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Təhsil” İstirahət Mərkəzində “Tələbələrin Yay Düşərgəsi” keçirilib.

Düşərgədə Qax Peşə Liseyinin tələbələri də fəal iştirak ediblər. 7–12 sentyabr tarixlərində keçirilən düşərgə 700-ə yaxın tələbəni bir araya gətirib. Tədbir çərçivəsində müxtəlif təlimlər, panel müzakirələri, intellektual oyunlar, idman yarışları və komanda quruculuğu fəaliyyətləri təşkil olunub.

Yeni dostluqların qurulduğu, maraqlı və unudulmaz anların yaşandığı düşərgə tələbələrin asudə vaxtının səmərəli təşkili baxımından çox faydalı olub.

Bu gözəl və yaddaqalan tədbirin təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkür edirik!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: