Xəbərlər
Qax rayon komitəsi ittifaq üzvlərinin yubiley tədbirləri keçirilib
05/06/2026, 12:05

May ayı üzrə qısa xronika
May ayı ərzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsi tərəfindən ittifaq üzvlərinin yubiley tədbirləri keçirilmişdir.
Tədbirlər çərçivəsində Qum kənd uşaq bağçasının tərbiyəçi-müəllimi Dəvətkari Sara Bəkir qızının və Qax şəhər 9 nömrəli körpələr evi–uşaq bağçasının aşpazı Məmmədova Sevda Ramazan qızının yubileyləri qeyd olunub.
Yubilyarlar uzunmüddətli və səmərəli fəaliyyətlərinə, təhsil sahəsinin inkişafına verdikləri töhfələrə görə ETİHİ Qax rayon komitəsi tərəfindən təltif edilib.
ETİHİ Qax rayon komitəsi tərəfindən üzvlərə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.









