Xəbərlər
Qax Rayon Komitəsi tərəfindən ittifaq üzvü mükafatlandırılıb.
17/02/2026, 17:50

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi tərəfindən 65 yaşını tamamlamış təhsil işçisi mükafatlandırılıb.
Qax şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında xadimə dayə vəzifəsində çalışan Hüseynova Məkgə Allahyar qızı
uzun illər ərzində göstərdiyi səmərəli və məsuliyyətli fəaliyyətinə görə ETİHİ Qax Rayon Komitəsi tərəfindən hədiyyə və diplomla təltif olunub.
Hüseynova Məkgə Allahyar qızına möhkəm cansağlığı və gələcək həyatında uğurlar arzulayırıq..





