“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qax rayonu Marsan kənd Əziz Abdullayev adına tam orta ümumtəhsil məktəbində təşkil olunub

02/04/2026, 01:58
xeber1

Əziz Abdullayev adına Marsan kənd tam orta ümumtəhsil məktəbində ETİHİ Qax rayon komitəsi tərəfindən növbəti səyyar görüş təşkil olunub və məktəb kollektivi ilə səmimi, işgüzar mühitdə müzakirələr aparılıb.

Görüş zamanı həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması, eləcə də mövcud məsələlərin həlli istiqamətində görülən işlər barədə geniş məlumat verilib, iştirakçıların rəy və təklifləri dinlənilib.

Görüş çərçivəsində eyni zamanda məktəbin texniki işçisi Liza Hüseynovanın 65 illik yubileyi və uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə yaş həddinə çatması münasibətilə səmimi yolasalma mərasimi keçirilib. Komitə sədri Liza xanımın illər boyu göstərdiyi vicdanlı və fədakar əməyini yüksək qiymətləndirərək ona möhkəm can sağlığı, uzun ömür və xoş günlər arzulayıb.

Sonda Liza Hüseynovaya ittifaq adından xatirə hədiyyələri təqdim olunub, onun məktəbin inkişafına verdiyi töhfələr xüsusi qeyd edilib. Görüşün sonunda iştirakçılara təşəkkür bildirilib və bu cür səyyar görüşlərin davamlı xarakter daşıyacağı diqqətə çatdırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: