Xəbərlər
Şəhid Osmanov İbrahim İsmayıl oğlunun xatirəsi anılıb.

31 oktyabr 2025-ci il tarixdə Şotavar kəndində şəhidimiz İbrahim Osmanovun anadan olmasının 34-cü ildönümü münasibətilə xatirəsi anılıb.
Osmanov İbrahim İsmayıl oğlu 1991-ci il oktyabr ayının 31- də Qax rayonunun Şotavar kəndində anadan olub. 1998- ci ildə kənd tam orta məktəbinə gedib. 2009- cu ildə oranı bitirib. 2010- 2012- ci ildə hərbi xidmətdə olub. 2013- cü ilin may ayında gizir hazırlıq kursuna getmiş və gizir rütbəsi alaraq xidmətə başlamışdır. Lənkəran, Fizuli, Ağdam rayonlarında xidmət edib.
Təmas xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan atəşlə yaralanıb və aldığı yaradan hospitalda keçinib. İbrahimin döş nahiyəsindən aldığı güllə yarası ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyiblər.
2015- ci il avqust ayının 15- də doğulduğu Şotavar kəndində torpağa tapşırılıb.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.










