Xəbərlər
Qax rayonu Turaclı kənd uşaq bağçasında Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü münasibətilə tədbir keçirilib

28 aprel – Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü münasibətilə təhsil müəssisələrində silsilə tədbirlər davam edir. Bu əlamətdar gün cari ildə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” devizi altında qeyd olunur.
Bu çərçivədə Turaclı kənd uşaq bağçasında maarifləndirici tədbir təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd əməkdaşlar arasında əməyin mühafizəsi, təhlükəsiz iş şəraiti və sağlam psixososial mühitin formalaşdırılması istiqamətində bilik və bacarıqların artırılması olub.
Tədbir zamanı iştirakçılara əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinə dair normativ-hüquqi baza haqqında ətraflı məlumat verilib, əmək təhlükəsizliyi qaydalarının praktik tətbiqi və məsuliyyət bölgüsü izah olunub. Eyni zamanda psixososial risk faktorları, onların idarə olunması yolları, sağlam iş mühitinin formalaşdırılması və təhlükəsiz davranış vərdişlərinin inkişafı məsələləri diqqətə çatdırılıb.
Bununla yanaşı, fövqəladə hallara hazırlıq, ilkin tibbi yardım bacarıqları, əməkdaşlıq mühitinin gücləndirilməsi, psixoloji dayanıqlığın artırılması, sağlam həyat tərzinin təşviqi və iş–istirahət balansının düzgün qurulması kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.






