“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qax rayonunda 2026–2027-ci tədris ilinin başlanması münasibətilə “İlk Zəng” tədbiri keçirilib

15/09/2026, 22:17
xeber1

15 sentyabr 2026-cı il tarixində Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə 2026–2027-ci tədris ilinin başlanması münasibətilə ənənəvi “İlk Zəng” tədbiri keçirilib.

Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev, şəhid ailələri, pedaqoji kollektiv, müəllim və şagirdlərlə yanaşı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca yeni tədris ilinin ilk zəngi səsləndirilib.

Bu il məktəbdə İlk Zəngin şəhid övladları tərəfindən səsləndirilməsi tədbirin ən duyğulu məqamlarından biri olub. XI sinif şagirdi Dursunov İsa Fərid oğlu, I sinif şagirdləri Əlizadə Qorxmaz Fateh oğlu və Kərimli Rəşid Elnur oğlu İlk Zəngi səsləndiriblər.

Şəhid övladlarının əlləri ilə səslənən İlk Zəng şəhidlərimizin əziz xatirəsinə ehtiramın, onların övladlarına göstərilən diqqət və qayğının, eyni zamanda Azərbaycan təhsilinin gələcəyinə olan inamın ifadəsi kimi xüsusi məna daşıyıb.

Tədbirdə çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, təhsil sahəsində qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi, pedaqoji fəaliyyətin daha da səmərəli təşkili və şagirdlərin yüksək nailiyyətlər əldə etməsi istiqamətində xoş arzularını bildiriblər.

Tədbirdən sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev məktəbin pedaqoji kollektivi ilə görüşüb, müəllimləri yeni tədris ili münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

ETİHİ Qax Rayon Komitəsi olaraq təhsil işçilərinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirir, yeni tədris ilinin başlanması münasibətilə rayonun bütün müəllim və təhsil işçilərini təbrik edirik.

Həmkarlar İttifaqı olaraq qarşıdakı tədris ilində də təhsil işçilərinin əmək və sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsi, onların fəaliyyətinə dəstək göstərilməsi və həmkarlar ittifaqı prinsiplərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Yeni tədris ilinin bütün təhsil işçiləri və şagirdlərimiz üçün uğurlu, məhsuldar və yaddaqalan nailiyyətlərlə zəngin olmasını arzulayırıq.

ETİHİ Qax Rayon Komitəsi

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: