“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qax rayonunda 28 May -Müstəqillik Gününə həsr olunmuş pnevmatik tüfəngdən hədəfə atəş açmaq idman növü üzrə rayon turniri keçirilib

26/05/2026, 13:10
xeber1

Qax rayonunda 28 May -Müstəqillik Gününə həsr olunmuş ümumtəhsil məktəbləri və Peşə liseyinin müəllimləri arasında pnevmatik tüfəngdən hədəfə atəş açmaq idman növü üzrə Qax rayon turniri keçirilmişdir.


🗓️ Turnir 23 may 2026-cı il tarixində ETİHİ Qax rayon Komitəsi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayon üzrə gənclər və idman sektoru , və “Doctorbio Qax Eco Park”ın birgə təşkilatçılığı ilə Qax rayonunun Alatəmir kəndində baş tutmuşdur.

Qaliblər:

Kişilərin yarışında

🥇 I yerə – Məmmədov Rasim

🥈 II yerə – Mirzəyev Nəsib

🥉 III yerə – Məmmədov Tariyel layiq görülmüşdür.

Qadınların yarışında

🥇 I yerə – Məmmədova Şəhla

🥈 II yerə – Kərimova Svetlana

🥉 III yerə – Hüseynova Nigar layiq görülmüşdür.

📌 Yarışın məqsədi:

Pnevmatik tüfəngdən atıcılıq idman növünün təbliği, müəllimlər arasında sağlam rəqabətin inkişaf etdirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, həmçinin kollektiv ruhun, dostluq və qarşılıqlı ünsiyyətin gücləndirilməsidir.

📜 Qalib ittifaq üzvləri ETİHİ Qax rayon Komitəsi tərəfindən hədiyyə və diplom , Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: