Xəbərlər
Qax rayonunda təhsil işçisinin yubiley tədbiri keçirilib
30/12/2025, 22:45

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qax rayon komitəsi tərəfindən E. Babayev adına tam orta ümumtəhsil məktəbinin müəllimi Məhruza Yusifovanın yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbir zamanı Məhruzə Yusifovanın uzun illər ərzində səmərəli pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər və peşəsinə olan yüksək məsuliyyəti xüsusi vurğulanmışdır. Çıxış edənlər yubilyarın təhsil sahəsində qazandığı uğurları qeyd etmiş, onun müəllimlik nümunəsinin gənc pedaqoqlar üçün örnək olduğunu bildirmişlər.
ETİHİ Qax rayon komitəsi adından Məhruzə müəlliməni yubiley münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və mənalı ömür arzulayırıq






