Xəbərlər
Qax rayonunun təhsil müəssisələrində Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü ilə bağlı silsilə tədbirlər keçirilib

28 aprel – Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü münasibətilə Qax rayonunun təhsil müəssisələrində silsilə maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlər “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” devizi altında keçirilib.
Bu məqsədlə Qax şəhər D.Əliyeva adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində, İlisu kənd Nizami adına tam orta ümumtəhsil məktəbində, Cəlayir kənd tam orta ümumtəhsil məktəbində, Lələpaşa kənd ümumi orta ümumtəhsil məktəbində, eləcə də Qorağan kənd uşaq bağçasında ETİHİ İlk Həmkarlar İttifaqının təşkilatçılığı ilə müxtəlif mövzularda tədbirlər reallaşdırılıb.
Tədbirlər zamanı iştirakçılara əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin yaradılması, psixososial risk faktorlarının idarə olunması, sağlam iş mühitinin formalaşdırılması və əməkdaşların psixoloji rifahının gücləndirilməsi barədə geniş məlumat verilib. Eyni zamanda, təhlükəsiz davranış qaydaları, fövqəladə hallara hazırlıq və ilkin tibbi yardım bacarıqları da diqqət mərkəzində olub.
Qeyd edilib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd işçilərin həyat və sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin təmin olunması və psixososial rifahın artırılması istiqamətində maarifləndirmə işinin gücləndirilməsidir.
































