Xəbərlər
Qax şəhər 3 nömrəli körpələr evi- uşaq bağçasının kollektivi ilə görüş keçirilib
26/12/2025, 01:07

ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva Qax rayonu Qax şəhər 3 nömrəli körpələr evi- uşaq bağçasının kollektivi ilə görüşüb. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə ittifaq üzvlərini təbrik edib.
Görüş zamanı həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, əmək qanunvericiliyinə əməl olunması və təhsil işçilərinin hüquqlarının qorunması ilə bağlı məsələlər müzakirə olunub.
Sədr həmçinin ittifaqın həyata keçirdiyi sosial layihələr, maarifləndirici tədbirlər və üzvlərə göstərilən dəstək mexanizmləri barədə məlumat verib.




