“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qax şəhər akademik T.İsmayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində "Sağlam psixo-sosial iş mühitinin yaradılmasını təmin edək" devizi altında tədbir keçirilib

13/04/2026, 22:24
xeber1

Qax şəhər akademik T.İsmayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində "Sağlam psixo-sosial iş mühitinin yaradılmasını təmin edək" devizi altında "Rifahımız uğurumuzun açarıdır" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin ilk həmkarlar təşkilatının sədri Lalə Qabulova açıb. Tədbirdə məktəb direktoru Faiq Sofiyev "Əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinə dair hüquqi normativ sənədlər" haqqında kollektivi məlumatlandırıb . Məktəb psixoloqu İmamət Məmmədova "Sağlam psixoloji iş mühitinin yaradılmasını təmin edək" mövzusunda məruzə edib. Direktor müavinləri Abbasova Dilarə və Sevda Abidova çıxış edərək sağlam mühit təkcə fiziki şərait deyil, həm də emosional təhlükəsizliyin vacibliyini qeyd edib. Sonda müəllimlərin rəy və təklifləri dinlənilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: