“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qax-Şəki istiqamətində istirahət və ekskursiya turu təşkil olunub

07/06/2026, 20:36
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İmişli Rayon Komitəsi Habil Namazov adına Boşçalılar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qax-Şəki istiqamətində istirahət və ekskursiya turu təşkil olunub.

Təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması məqsədilə həyata keçirilən səfər çərçivəsində iştirakçılar Qax rayonunun füsunkar təbiəti,İlisu şəlaləsi, Şəki Yaylası və Şəkinin zəngin tarixi-mədəni irsini əks etdirən Şəki Xan Sarayı ilə yaxından tanış olublar.

Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İmişli Rayon Komitəsi tərəfindən təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və daxili turizmin təşviqi istiqamətində tədbirlər davam etdirir.

#ElmvəTəhsilİşçiləriHəmkarlarİttifaqıİmişliRayonKomitəsi

#İstirahətTuru

#QaxŞəkiTuru

#IlisuŞəlaləsi

#ŞəkiYaylası

#ŞəkiXanSarayı

#Təhsilİşçilərininİstirahəti

#AsudəVaxt

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: