Xəbərlər
Qax təhsil işçiləri “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şuşaya səfər edib

9 may 2026-cı il tarixdə Şahmərdan Abdullayev adına Əmbərçay kənd ümumi orta məktəbinin kollektivi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza səfər həyata keçirmişdir. Səfərin əsas məqsədi pedaqoji kollektivin asudə vaxtının səmərəli təşkili, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri ilə yaxından tanışlıq olmuşdur.
Səfər iştirakçıları azad olunmuş torpaqlarımızda həyata keçirilən yenidənqurma prosesini böyük qürur hissi ilə izləyərək ölkəmizin şəhərsalma və memarlıq sahəsində qazandığı uğurların şahidi olmuşlar. Müasir infrastruktur layihələri, bərpa olunan yaşayış məntəqələri və aparılan abadlıq işləri kollektiv üzvlərində dərin təəssürat yaratmışdır.
Kollektiv Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən möhtəşəm quruculuq işlərinə görə sonsuz minnətdarlığını bildirir.
Eyni zamanda, bu qürurverici səfərin təşkilində göstərdikləri diqqət və dəstəyə görə AHİK-ə, ETİHİ Respublika Komitəsinə və ETİHİ Qax rayon komitəsinin rəhbərliyinə dərin təşəkkürümüzü ifadə edirik.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyirik.












