Xəbərlər
Qaxa təşkil olunan ekskursiya kollektivə xoş anlar yaşadıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu üzrə Mərkəzləşdirilmiş Mühasibatlığın kollektivi üçün Qax rayonuna birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın məqsədi həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili, əməkdaşlar arasında həmrəyliyin və kollektiv münasibətlərinin möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin füsunkar guşələrindən biri olan Qax rayonunun tarixi, mədəni və təbii gözəllikləri ilə yaxından tanışlığın təmin edilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Qax rayonunun görməli və gəzməli məkanlarını ziyarət edib, rayonun zəngin tarixi-mədəni irsi və təbiəti ilə tanış olublar. Ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və onlarda xoş təəssüratlar yaradıb.







