“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib

31/01/2026, 19:07
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi və Qax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tədbirin ilk mərhələsində Qax şəhər ümumtəhsil məktəblərinin rəhbərləri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri və gənc müəllimlər Qax Şəhidlər xiyabanını ziyarət ediblər, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Komitənin üzv təşkilatlarında fəaliyyət göstərən gənc təhsil işçiləri iştirak edib. Tədbir rəsmi və bədii hissələrdən ibarət təşkil edilib.

Rəsmi hissədə çıxış edən ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva tədbir iştirakçılarını 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edib, onlara ETİHİ sədri Araz Paşayevin salamlarını çatdırıb və gənc təhsil işçilərinə peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Çıxış edənlər gənclərin cəmiyyətin inkişafında və təhsilin gələcəyinin formalaşmasında mühüm rol oynadıqlarını vurğulayaraq, ölkənin parlaq gələcəyinin məhz gənclərin bu gün göstərdikləri əzm, bilik və təşəbbüskarlıqdan asılı olduğunu diqqətə çatdırıblar.

Tədbirin bədii hissəsində gənc müəllimlər tərəfindən hazırlanmış maraqlı və rəngarəng kompozisiyalar nümayiş etdirilib.

Tədbir gənc müəllimlərin təltif olunması və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: