“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda 28 Aprel – Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü münasibətilə tədbir keçirilib

23/04/2026, 13:34
xeber1

Qax şəhər E.Babayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində 28 Aprel – Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi və Sağlamlığı Günü münasibətilə ETİHİ İlk Həmkarlar İttifaqının təşkilatçılığı ilə “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda tədbir keçirilib.

Tədbirdə məktəbin İlk Həmkarlar təşkilatının sədri Qalibə Əlicanova əməyin mühafizəsi, təhlükəsiz əmək şəraitinin təmin olunması və bu sahədə mövcud hüquqi-normativ sənədlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, tədbirin əsas məqsədi işçilərin həyat və sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması, eləcə də istehsalat qəzalarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsidir.

Eyni zamanda, rəqəmsallaşma və süni intellektin əmək mühitinə təsiri, yeni risklər və imkanlar barədə fikir mübadiləsi aparılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: