Xəbərlər
Qaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

04 noyabr 2025-ci il tarixində Qax şəhəri Vaqif Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva, Heydər Əliyev Mərkəzinin əməkdaşları, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla dərin ehtiramla yad edilib.
Tədbirin gedişində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, çıxışlar, ədəbi-bədii kompozisiyalar səsləndirilib, həmçinin Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxış edənlər Zəfərin rəmzi olan birlik, vətənpərvərlik və qəhrəmanlıq ruhunun xalqımızın və gənc nəslin qəlbində əbədi yaşayacağını, bu mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin isə hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu qeyd ediblər..
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






























