Xəbərlər
Qaxda bağça müdirinin 65 illik yubileyi qeyd olunub

ETİHİ Qax Rayon Komitəsinin təşkilatçılığı ilə Şotavar kənd körpələr evi–uşaq bağçasında tədbir keçirilib. Bağçanın müdiri Kərimova Mətanət Nəsib qızı Əmək fəaliyyətinin yaş həddinə çatması və 65 illik yubileyi münasibətilə təltif edilib.
Tədbirdə çıxış edənlər Mətanət xanımın uzun illər ərzində məktəbəqədər təhsilin inkişafına verdiyi dəyərli töhfələrdən, yüksək peşəkarlığından və kollektiv arasında qazandığı böyük hörmətdən danışıblar. Bildirilib ki, onun rəhbərliyi dövründə müəssisədə uşaqların hərtərəfli inkişafı, onların sağlam və təhlükəsiz mühitdə tərbiyə olunması daim əsas prioritet olub.Səmimi və xoş ab-havada keçən tədbirdə yubilyara xatirə hədiyyələri təqdim olunub, ona möhkəm can sağlığı, uzun ömür və gələcək həyatında uğurlar arzulanıb.







