Xəbərlər
Qaxda ETİHİ Qax rayon komitəsi tərəfndən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.
Tədbirdə Qax rayonu üzrə Təhsil sektorunun müdiri Babək Heydərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva, şəhid ailələrinin üzvləri, müharibə veteranları, qazilər və oruc tutan digər ittifaq üzvləri iştirak ediblər.
İftar süfrəsi ətrafında iştirakçılar müqəddəs Ramazan ayının yüksək mənəvi dəyərlərini bölüşərək, birlik, həmrəylik və paylaşma ənənələrinin cəmiyyət həyatındakı mühüm əhəmiyyətini vurğulayıblar.
Çıxışlar zamanı Ramazan ayının insanın mənəvi saflaşmasında, daxili aləminin zənginləşməsində, mərhəmət, xeyirxahlıq və səxavət kimi ali keyfiyyətlərin formalaşmasında mühüm rol oynadığı xüsusi olaraq qeyd edilib.Qaxda ETİHİ Qax rayon komitəsi tərəfndən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.
Tədbirdə Qax rayonu üzrə Təhsil sektorunun müdiri Babək Heydərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva, şəhid ailələrinin üzvləri, müharibə veteranları, qazilər və oruc tutan digər ittifaq üzvləri iştirak ediblər.
İftar süfrəsi ətrafında iştirakçılar müqəddəs Ramazan ayının yüksək mənəvi dəyərlərini bölüşərək, birlik, həmrəylik və paylaşma ənənələrinin cəmiyyət həyatındakı mühüm əhəmiyyətini vurğulayıblar.
Çıxışlar zamanı Ramazan ayının insanın mənəvi saflaşmasında, daxili aləminin zənginləşməsində, mərhəmət, xeyirxahlıq və səxavət kimi ali keyfiyyətlərin formalaşmasında mühüm rol oynadığı xüsusi olaraq qeyd edilib.














