“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş basketbol yarışı keçirilib.

12/04/2026, 18:18
xeber1

10–12 aprel 2026-cı il tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi, Qax rayonu üzrə təhsil sektoru və Qax rayonu üzrə gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş basketbol yarışı keçirilib.

Yarış Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə təşkil olunub və ümumilikdə 10 komanda iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələri aşağıdakı kimi olub:

Kişilər arasında:

  • I yer — Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin komandası
  • II yer — Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbin komandası
  • III yer — Ayaz Musayev adına Əmircan kənd ümumi orta məktəbin komandası

Qadınlar arasında:

  • I yer — Etibar Babayev adına 4 nömrəli tam orta məktəbin komandası
  • II yer — Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin komandası
  • III yer — Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbin komandası

Qalib komandaları təbrik edir, növbəti mərhələlərdə uğurlar arzulayırıq!


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: