Xəbərlər
Qaxda ilk həmkarlar ittifaqı təşkilatında yeni sədr seçkisi keçirilib.

Qax şəhər 6 nömrəli körpələr evi–uşaq bağçası həmkarlar ittifaqı təşkilatında yeni sədr seçkisi keçirilib.
Görüş çərçivəsində ilk olaraq 20 Yanvar faciəsinin 36-cı ildönümü dərin hüzn və ehtiramla yad edilmiş, şəhidlərin xatirəsi anılmışdır. Bu münasibətlə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir. Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti, məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verilmişdir.
Tədbir iştirakçılarına, həmçinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən son iki il ərzində ittifaq üzvləri üçün görülmüş işlər, yaradılmış imkanlar və həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilmişdir.
Seçki prosesi demokratik prinsiplər əsasında, müəssisədə çalışan ittifaq üzvləri arasından könüllü şəkildə irəli sürülmüş namizədlərin iştirakı ilə keçirilmiş, səsvermənin nəticələrinə əsasən səs çoxluğu qazanan namizəd yeni sədr seçilmişdir.
Yeni seçilmiş həmkarlar ittifaqı sədrini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!












